İngiltərə Premyer Liqasında mövsümün bərpasına hazırlaşan “Çelsi” bu gün yoldaşlıq oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi Çempionşipdə çıxış edən KPR-lə qarşılaşıb. Oyun “Çelsi”nin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Çelsi” 29 turdan sonra 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.