Koronavirusa görə İtaliyada dayandırılan futbol mövsümü bu gün bərpa olunub.

Offsideplus.az xəbər verir ki, ölkə kubokunun yarımfinalının cavab matçında “Yuventus” “Milan”ı qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda 1:1 hesabı qeydə alınıb.

Oyunda hesab açılmayıb.

Yarımfinal mərhələsinə sabah keçiriləcək “Napoli” – “İnter matçı ilə yekun vurulacaq. Bu komandaların ilk duelində isə “Napoli” qalib gəlib – 1:0.