“Keşlə” klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Boyoviçi də heyətində saxlamağa qərar verib.
Boyoviçlə yeni 1 illik müqavilə imzalandığı bildirilib.