İtaliyanın "Yuventus" klubunda forma geyinən Merih Demirala növbəti təklif gəlib.
Offsideplus.az xəbər verir ki, zədə səbəbi ilə cari mövsümün yarısından çoxunu buraxan türk futbolçuya PSJ, "Lyon" və "Lester Siti"nin ardından İngiltərənin köklü klublarından "Mançester Yunayted" təklif gəlib.
Mançester təmsilçisi türk futbolçu üçün 55 milyon avro ödəməyi planlaşdırır. Yeri gəlmişkən, bu həm də futbolçunun sərbəstqalma məbləğidir. Transfer reallaşsa, Merih Demiral ən bahalı türk futbolçu olacaq.
Qeyd edək ki, "Yuventus" sabiq futbolçusu Pol Poqbanı geri qaytarmaq istəyir. "Qırmızı şeytanlar" isə Poqbanı verib Duqlas Koşta və Merih Demiralı almaq niyyətindədir.