İspaniya klubları məşqləri bərpa ediblər.
Offsideplus.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Xəbərdə futbolçuların bu gündən etibarən 10 nəfərlik qrup halında məşq edə biləcəkləri bildirilib.
"Real" və "Barselona" artıq ilkin çalışmalara başlayıblar.
Qeyd edək ki, La Liqanın iyunda bərpa olunması gözlənilir.