Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının 5-ci turu çərçivəsində Estoniyanı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Estoniya yığmamız üçün kifayət qədər tanış rəqibdir. Ona görə ki, Azərbaycan yığması bu komanda ilə indiyə qədər 11 oyunda qarşılaşıb. Komandamız bu görüşlərdə cəmi 2 qələbəyə sevinib. Matçların əksəri (5) sülhlə başa çatıb. Qalan 4 matçda isə estonlar qələbə qazanıblar. Top fərqində də estoniyalılar öndədirlər - 12:9.

Komandamız Estoniyaya Qəbələdə də məğlub olsa, D Liqasına düşməsi qaçılmaz olacaq. Millimiz qalib gələcəyi halda isə C Liqasında qalmaq şanslarımızı davam etdirəcəyik.