Meksika milli komandasının baş məşqçisi Xavyer Aqirre oyun zamanı başından xəsarət alıb.

Offsideplus.az xəbər verir ki, onu tribunadan pivə şüşəsi ilə vurublar.

Hadisə KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində, Honduras ilə oynanan (0:2) qarşılaşma zamanı baş verib.

Meksika Futbol Federasiyası Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasından (KONKAKAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməyi tələb edib.