Malta millisinin baş məşqçisi Rey Farruciya  UEFA Millətlər Liqasında Kosovo və Azərbaycanla keçiriləcək oyunlara hazırlığı dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis hazırlıqdan razı qalıb: “Bizi qarşıda 2 çətin oyun gözləyir. Məşqçilər korpusumuz yorulmadan futbolçularımızı həmin qarşılaşmalar üçün ən yaxşı formaya gətirməyə çalışır. Hazırlığın gedişindən çox məmnunam. Gördüyünüz kimi, UEFA Millətlər Liqasının son iki oyununda heyətdə olan futbolçuların böyük əksəriyyətini saxlamışıq. Daxili yarışlarda çıxış edən oyunçularımızın vəziyyətini diqqətlə izləyib, seçimimizi də buna uyğun etmişik”.

Qeyd edək ki, Malta seçməsi oktyabrın 11-də Kosovo, 3 gün sonra isə millimizin qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç 20:00-da başlayacaq.