Malta millisi UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlayıb.
Offsideplus.az Malta Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Rey Farruciya 24 futbolçuya – 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçuya dəvət göndərib.
Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan")
Müdafiəçilər: Andrey Acus, Jozef Mbonq (hər ikisi "Hibernians"), Ferdinando Apap ("Viktoria Hotspurs"), Keyn Attard ("Birkirkara"), Stiv Borq, Rayab Kamilleri, Jozef Zerafa (hamısı "Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan"),
Yarımmüdafiəçilər: Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Fenek, Ceyk Qrek (hər ikisi "Birkirkara"), Byorn Kristensen ("Hibernians"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana")
Hücumçular: Endryu Koen ("Qzira Yunayted"), Alfred Effionq ("Baltsan"), Jan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Birkirkara"), Andre Şembri ("Apollon", Kipr)
Malta millisi oktyabrın 11-də evdə Kosovo, 14-də isə səfərdə Azərbaycanla qarşılaşacaq.