Qazaxıstan millisinin üzvü Asxat Tagibergen Azərbaycan milisi ilə oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb komandanın kapitanının cəzalı duruma düşməsidir. Tagirbergen Belarusa qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur matçında (2:1) qırmızı vərəqə görüb.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı 25 sentyabr saat 20:00-da baş tutacaq.