Azərbaycan millisinin son toplanışına dəvət almayan Qara Qarayev yığmamızın Slovakiyaya qarşı keçirdiyi Millətlər Liqası oyunu barədə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, milli komandaya dəvət almaması ilə bağlı "Hər iki oyunda milli komandadan olan formamı geyib, komanda yoldaşlarıma mənəvi dəstək olacam", deyən Qarayev sözlərinin üstündə durub. O, millinin formasında televizor qarşısında duraraq Azərbaycanın himnini ayaq üstə dinləyib. Bu zaman ekranda Qaranın millidəki komanda yoldaşları görünüb.
Oyundan sonra isə 29 yaşlı müdafiəçi daha bir paylaşım edərək Azərbaycan komandasını qələbə münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Slovakiya ilə matç 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.