Serbiya Futbol İttifaqı yığma komandasının baş məşqçisi Lyubişa Tumbakoviçi istefaya göndərib.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Belə ki, 68 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Tumbakoviç 2019-cu ildə Serbiya millisinin başına keçmişdi.

Qeyd edək ki, Serbiya yığması Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən biridir. Digər rəqiblər Portuqaliya, Lüksemburqİrlandiyadır.