UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Kipr yığması yenə uduzarsa baş məşqçisi istefaya göndəriləcək.

Offsideplus.az Themasports-a istinadən xəbər verir ki, qrupun ilk üç matçında uduzan Kipr yığması növbəti dəfə də məğlub olarsa, baş məşqçi Yohan Valem ilə müqaviləyə xitam veriləcək.

Qeyd edək ki, yığmanın belçikalı mütəxəssislə müqaviləsinin müddəti bu ilin noyabr ayına qədərdir.