UEFA Millətlər Liqasının qrup mərhələsində KosovoSloveniya ilə qarşılaşacaq Moldova yığmasının heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki,  “Sabah”ın futbolçusu Yevgeni Koçuk da heyətə salınıb. Baş məşqçi Engin Fırat yekun siyahıda yarımmüdafiəçiyə də yer verib.

Qeyd edək ki, C liqasının 3-cü qrupunda yer alan Moldova millisi sentyabrın 3-də Kosovo ilə evdə, 6-da isə Sloveniya ilə səfərdə qarşılaşacaq.