Qadınlardan ibarət Azərbaycan milli komandası "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində bu gün ilk oyuna çıxıb.
Offsideplus.az xəbər verir ki, Banqladeşdə keçirilən turnirdə yığmamız paytaxt Dəkkədə Malayziya yığması ilə qarşılaşıb.
Milli Stadionda təşkil olunan matç Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Görüş Siyasət Əsgərovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Nigar Mirzəliyeva və Peritan Bozdağ qol müəllifi olublar.
Nigarın baxımlı qolunun videosunu təqdim edirik:



