AFFA inkişaf strategiyasının layihəsini ictimaiyyətə açıqlayıb.
Offsideplus.az xəbər verir ki, qurum rəsmi saytı vasitəsilə strategiyanı təqdim edib. 5 əsas hədəf aşağıdakılardır:
1. Kişilərdən ibarət A milli komandanın FİFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindəndir
2. UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub
3. Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, İnnovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması
4. Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin etmək
5. Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq
İctimaiyyətin rəy və təkliflərindən sonra yekun versiya təqdim olunacaq.
İctimaiyyət yanvarın 13-ü saat 12:00-a qədər təklif və rəyini bildirə bilər.
Strategiyaya buradan keçid edə bilərsiniz.
Link: https://forms.gle/gLrFP4sQFSCm9xpa8