Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində növbəti görüşə çıxacaq. Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində növbəti oyuna start verəcək.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komandamız Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.

Görüş Mərdəkandakı “Liv Bona Dea Arena”da saat 16:00-da start alacaq.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu oktyabrın 29-da Portuqaliyada keçiriləcək.