Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, A milli sentyabrın 8-də II tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.