Mahir Emrelinin karyerasını Almaniyada davam etdirə biləcəyindən xəbərdarsınız.

Offsideplus.az xəbər verir ki, "Nürnberq" millimizin üzvü ilə danışıqları davam etdirir. Bu məlumatı Almaniya mətbuatına açıqlamasında Bundesliqa-2 təmsilçisinin idman direktoru Joti Katzialeksiu deyib:

"Proses davam edir. Danışıqlar  müsbət məcrada irəliləyir. Can Uzun "Ayntraxt"a keçdi. Onu Mahir Emreli əvəz edə bilər. O, əsl biz istəyən mentalitetdədir. Həm qol vurmaq bacarığı var, həm yaxşı sürətə, həm də uzaqdan qüvvətli zərbələrə malikdir. Eyni zamanda top saxlamağı, komanda yoldaşlarının boş mövqeyə açılmalarını təmin edə bilir. Danışıqlarımız istədiyimiz məcradadır”.