İtaliya Futbol Federasiyası Roberto Mançininin istefasından sonra yeni baş məşqçi axtarışına çıxıb
Offsideplus.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İtaliya millisinə rəhbərlik etməyə əsas namizədlər Antonio Konte və Luçano Spalettidir.
Konte artıq 2014-2016-cı illərdə yığmanı çalışdırıb. Məşqçi "Tottenhem"dən ayrıldıqdan sonra işsizdir. Spaletti isə ötən mövsüm "Napoli" ilə A seriyasını qazandıqdan sonra komandanı tərk edib.
Xatırladaq ki, Roberto Mançini ötən gün İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə istefa verib