Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turu üzrə Slovakiya yığması ilə qarşılaşacaq.
Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandanın səfər matçı üçün iştirak ərizəsi açıqlanıb. Milliyə dəvət olunan 3 futbolçu iştirak ərizəsindən kənarda qalıb. Mahir Emreli cəzalı olduğu üçün matçı buraxacaq. Rüstəm Əhmədzadə və Qismət Əliyev isə baş məşqçi Canni de Byazinin qərarı ilə meydana çıxmayacaq.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Emil Balayev, Səlahət Ağayev
Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Amin Seydiyev, Höccət Haqverdi, Abbas Hüseynov, Anton Krivotsyuk
Yarımmüdafiəçilər: Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Aleksey İsayev, Elvin Camalov, Anatoli Nuriyev, Eddi İsrafilov, Emin Mahmudov, Ozan Can Kökcü
Hücumçular: Ramil Şeydayev, Musa Qurbanlı, Renat Dadaşov
Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.