Norveç yığma komandasında ardıcıl baş verən koronavirusa yoluxma hallarından sonra meydana çıxarmaq üçün oyunçu axtarılır.

Offsideplus.az xəbər verir ki, Norveç sabah UEFA Millətlər Liqasında qrup liderini müəyyənləşdirəcək Avstriya ilə oyuna çıxacaq. Ardıcıl koronavirusa yoluxan futbolçuların ardından əlacsız qalan milli komanda 18 yeni futbolçu çağırmaq istəyir. Bu adlardan 13-ü heç vaxt Norveç millisi ilə oyuna çıxmayıb.

Qeyd edək ki, Avstriya - Norveç görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.