İspaniya millisinin baş məşqçisi Serxio Ramosun boşa verdiyi iki penaltinin ardından futbolçusunun tərəfini tutub.

Offsideplus.az xəbər verir ki, ardıcıl 25 uğurlu penalti zərbəsindən sonra İsveçrəyə qarşı iki penaltini vura bilməyən Ramos gündəmə düşüb. "Real" və İspaniya millisinin kapitanının tərəfini isə baş məşqçi Luis Enrike tutub:

"Serxio Ramosun penaltilər rekordu çox yüksəkdir. Bir, iki və ya üç penaltini vura bilməyibsə bu nəticəni göz ardı etmək çox ədalətsiz olardı".

"Başqa penalti şansı da olsaydı, vura bilərdi...", - deyə 50 yaşlı mütəxəssis qeyd edib.