Millətlər Liqasının qrup mərhələsinin son turunda keçirilən Kosovo – Azərbaycan (4-0) oyununu izləyənlər arasında “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da olub.
Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis "şəhərlilər"in heyətində çıxış edən Kosovo yığmasının qapıçısı Ariyanet Muriçin debüt oyununu izləyib. Onun gənc qapıçının çıxışından razı qaldığı bildirilir.