Gecə klubunda müğənni Berkay Şahini döyərək burnunu sındıran və daha sonra xəstəxanaya silahla hücum edən Arda Turana daha bir zərbə qayınatasından gəlib.

Offsideplus.az xəbər verir ki, futbolçunun həyat yoldaşı Aslıhan Doğanan atası Sabri Doğan qızını öz evinə aparıb.
 
Hadisə baş verən gecə Beray Şahinin həyat yoldaşı Özlem Şahin Aslıhana zəng etmiş və futbolçunun 8 aylıq hamilə olan həyat yoldaşı xəstəxanaya getməli olmuşdu. İddialara görə, bu hadisə Doğan ailəsini əsəbiləşdirib və Sabri Doğan qızını öz evinə aparıb. Onun Ardaya "Qızım 8 aylıq hamilədir. O evdə tək qalır, sən gecə klublarında əylənirsən. Aslıhan uşağı dünyaya gətirənə qədər bizdə qalacaq" deyib.
 
Qeyd edək ki, Türkiyə Prokurorluğu Ardaya "cinsi təzyiq", "qəsdən sağlamlığa zərər vurma" və "qanunsuz silah gəzdirmək" maddələri ilə cinayət işi açıb. Futbolçunu 12,5 ilədək həbs cəzası gözləyir.
(fanat.az)