Kriştiano Ronaldo ilə bir müddət eşq həyatı yaşayan italiyalı model Rafaella Fiko keçmiş sevgilisinin təcavüzdə günahlandırılmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı model Ronaldo barədə müsbət fikirlər səsləndirib: "Ronaldo yaxşı oğlandır, təcavüz edəcək biri deyil. Onunla eşq dolu 11 ay yaşadıq. Mənimlə olduğu dövrdə çox alicənab idi. Ancaq Mario Balotelli yataqda Ronaldodan daha yaxşıdır".

Qeyd edək ki, Ronaldo 2009-cu ildə Las Veqasda Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılır. (sportal.az)