Türkiyəli futbolçu Arda Turan dünən gecə İstanbulun "Gizli qalsın” gecə klubunda mübahisə etdiyi müğənni Berkayın yumruqla burnunu qırmışdı. 

Offsideplus.az xəbər verir ki, iddialara görə dava Arda Turanın Berkayın arvadı Ada Şahinə "Evli olmasam səni qaçırmazdım. Çox gözəl qızsan” deməsi ilə başlayıb.

Berkay insidentlə bağlı bəyanat yayaraq bunları deyib:

"Bütünü hüquqi vasitələrə müraciət edəcəyik. Hazırda evdəyəm, həkimlər yoxlamağa gəldi. Əməliyyat olub-olmayacağım bəlli deyil. Ardanın mənim arvadımı tanımaması mümkün deyil. İllərdir davam edən və göz önündə olan evliliyim var”.

Hadisə ilə bağlı futbolçu Arda Turan da açıqlama yayıb:

"Bu gün qəzetlərdə gedən məqalələrlə bağlı qısa açıqlama vermək istəyirəm. İcazəli günümdə dostlarımla getdiyim bir məkanda baş verən mübahisənin səbəbi namus məsələsi kimi xəbər verilir. Doğrudur, adi mübahisə baş verib, amma səbəbi anladılan formada deyil. Belə bir şeyin olması da mümkün deyil. Hər iki tərəfə keçmiş olsun”.(sfera.az)