Avropa İnsan Hüquqları Məhkəməsi Adrian Mutunun etirazını qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, O, Chelsea klubuna 17 milyon avro təzminat ödəməli olacaq.

Xatırladaq ki, 2004-cü ildə Chelsea-də çıxış edən vaxt futbolçunun dopinq testində kokain tapılmışdı. Bu hadisədən sonra London təmsilçisi futbolçu ilə müqaviləni birtərəfli ləğv edərək, onu klubdan qovmuşdu. Rumın futbolçu 17.173.990 avro təzminat etməmək üçün CAS-a müraciət etsə də, klub haqlı sayılmışdı. Avropa İnsan Hüquqları məhkəməsi də araşdırmalardan sonra futbolçunun haqsız olduğuna qərar verdi.