ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi ilk dəfə futbolçu karyerasını yekunlaşdırandan sonra hansı peşə ilə məşğul olacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu yutub kanallarından birinə verdiyi müsahibədə səmimi sözlər deyib:

“Futboldan ayrıldıqdan sonra idman direktoru olmaq istəyirəm, amma haradan başlayacağımı bilmirəm. Futbolla bağlı hər şeyi sevirəm. Uşaqlara da bir şey öyrətməyi sevirəm”.

Qeyd edək ki, Messinin MLS təmsilçisi ilə 2025-ci ilədək müqaviləsi var.