Çempionlar Liqasının "Fantasy" virtual futbol oyununda mövsümün qalibi azərbaycanlı Ehtiram Namazov olub. 

 Offsideplus.az xəbər verir ki, o, topladığı 1127 xalla iştirakçılar arasında qalib adına yiyələnib.

Xatırladaq ki, bir müddət öncə İngiltərə çempionatının "Fantasy" virtual oyununda qalib adına azərbaycanlı Əli Cahangirov layiq görülmüşdü. Təmsilçimiz 11 milyon istifadəçisi olan virtual oyunda ən dəqiq proqnoz verən iştirakçı olmuşdu.

Qeyd edək ki, "Fantasy" virtula futbol oyununda 11 nəfərlik heyət seçərək, real həyatda oyunçuların göstərdiyi performansa görə (qol, asisst, quru oyun və s.) xallar qazanırsınız. 

WhatsApp Image 2023 06 12 at 16.58.48