Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) üzrə 2022-ci ilin rəmzi komandasını açıqlayıb. 

Offsideplus.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki,  “11-lik”də ABŞ millisinin 6 futbolçusu yer alıb.

Qapıçı: Mett Terner (ABŞ);

Müdafiəçilər: Serjino Dest, Uolker Zimmerman (hər ikisi ABŞ), Sezar Montes (Meksika), Alfonso Deyvis (Kanada);

Yarımmüdafiəçilər: Tayler Adams, Kristian Pulişiç (hər ikisi ABŞ), Luis Çaves (Meksika);

Hücumçular: İrvinq Losano (Meksika), Conatan Devid (Kanada), Tim Vea (ABŞ).