Yay transfer dönəmində "Mançester Yunayted"dən ayrılmaq istəyən, lakin gözlənilən təklifləri almayan Kriştiano Ronaldo üçün yeni iddia ortaya atılıb.

 Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl "Sportinq"ə qayıda biləcəyi deyilən 37 yaşlı ulduzun Portuqaliyadan yeni ev aldığı bildirilib. 

Kriştiano Ronaldonun Lissabonun ən bahalı evinə 18 milyon funt sterlinq yatırdığı və mülkün 2023-cü ildə hazır olacağı qeyd edilib.

Məlumat verilib ki, üçmərtəbəli malikanənin yaşayış sahəsi 2 min 720 kvadratmetr, açıq sahəsi isə hovuzu da daxil olmaqla 544 kvadratmetr olacaq.

“Mançester Yunayted”də xoşbəxt olmayan Ronaldonun Portuqaliyaya qayıtmaq üçün bu sərmayəni etmə ehtimalının yüksək olduğu da vurğulanıb.

Qeyd edək ki, "Sportinq"in baş məşqçisi Ruben Amorim sözügedən mövzü ilə bağlı:  "Ronaldo top oyunçudur. Hər kəs onun qayıtmasını arzulayır, lakin biz onun hazırkı maaşını ödəyə bilmirik" deyə bildirmişdi.

635d1b3f66a97cea3193fb7d copy

635d1ca4ae298b0b79ecf4c7

635d1cae66a97cea3040f5b3