Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov "Qarabağ"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə məğlub olduğu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra şəxsi tviter hesabında paylaşım edib.

Offsideplus.az xəbər verir ki, o, həmin paylaşımda belə deyib:

"Son nəfəsinə gədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan "Qarabağ"a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – "Qarabağ"a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!" 
Qeyd edək ki, cavab oyununda "Viktoriya"ya (Plzen) uduzan  "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. "Köhlən atlar" yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. 

Fa4BuPuaQAARIb9