"Liverpul"un hücumçusu Məhəmməd Salah qol sayına görə klubun əfsanəvi sabiq futbolçusu Stiven Cerrarda çatıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı oyunçu bu uğura ötən gün "Mançester Yunayted"lə (1:2) baş tutan qarşılaşmada komandasının yeganə qolunu vurmaqla nail olub.

Bu, misirli futbolçunun "mersisayd" klubunun forması ilə rəqib qapılarından keçirdiyi 120-ci top kimi yadda qalıb.

Xatırladaq ki, "Liverpul" tarixinin bombardiri 128 qolla ingiltərəli sabiq oyunçu Robbi Faulerdir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən Premyer Liqa klubunda çıxış edir.