UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin adını açıqlayıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb.

 "Real"ın qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne arasında ən yaxşı müəyyənləşəcək.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.