"Ayntraxt"ın (Frankfurt) futbolçusu Filip Kostiçin "Yuventus"a keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı serbiyalı oyunçu "qoca sinyora"ya transferini tamamlamaq üçün Turinə yollanıb və tibbi müayinədən keçib.

Qeyd edək ki, Kostiç ötən mövsüm "Ayntraxt"ın (Frankfurt) heyətində 43 oyuna çıxıb, 7 qol vurub və 13 qol ötürməsi verib.