Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq siyahısını açıqlayıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 301 klubun olduğu siyahıda təkcə "Qarabağ"ın adı var. Ağdam təmsilçisi öncəki reytinqlə müqayisədə 11 pillə irəliləməyə nail ola bilib. Qurban Qurbanovun komandası 145,5 xalla 78-ci sırada yer alır.

Ötən ay açıqlanan reytinqdə 234-cü yerdə olan “Neftçi” isə sıralamada geriləyərək, bu dəfə ən güclü 301 klubun siyahısına düşə bilməyib.

Qeyd edək ki, siyahıya 304 xalla "Palmeyras" (Braziliya) başçılıq edir. 291 xalı olan "Liverpul" 2-ci, digər Braziliya təmsilçisi "Flamenqo" isə eyni xalla 3-cü pillədə qərarlaşıb.