Çempionlar Liqasın 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın Macarıstan "Ferentsvaroş"u üzərindəki qələbəsi  (3:1) Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb.

Bu mövsüm üzrə xal sayını 1,875-ə, son 5 mövsümdə isə 14,500-ə çatdıran Azərbaycan  29-cu pillədə yer alır.  Bu nəticəylə Azərbaycan 15,375 xalla 28-ci sırada qərarlaşan Polşaya bir qədər də yaxınlaşıb.