Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. 

Offsideplus.az xəbər evrir ki, o, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, sözügedən matç avqustun 11-də olacaq.