İyulun 30-da ASCO Arena-da həvəskar komandalar arasında ölkə kubokunun final oyunu keçiriləcək.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey 50 illik yubileyinə həsr olunmuş kubok yarışlarının final qarşılaşmasında “Gənclər” (Bakı) – “City Bakı” (Bakı) komandaları üz-üzə gələcək. Qarşılaşma 17:00-da başlayacaq.

Final oyunundan əvvəl Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir təşkil olunacaq. Tədbir 16:00-da başlayacaq.

30 iyul. 

“Gənclər” (Bakı) – “City Bakı” (Bakı)  

ASCO Arena. 

Hakimlər: Kamranbəy Rəhimov, Asif Abdullayev, Rasim Axundov, Şamil İmanzadə