Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

Offsideplus.az  xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür.

Yaxın saatlarda istefa ilə əlaqədar rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı. 

Daha bir xəbərə görə, PFL-in yeni prezidenti Elxan Səmədov adlı şəxs olub. Onun bunadək VAR-da (videoköməkçi hakim) lahiyə rəhbəri olduğu bildirilir. (Qol.az)