"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye komandanın düşərgəsini ziyarət edib

Offsideplus.az xəbər verir ki, haitili oyunçu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə cavab görüşü üçün İsveçrədə olan Ağdam təmsilçisinin qaldığı hotelə gəlib. Yarımmüdafiəçi keçmiş komanda üzvləri ilə görüşüb. 

 O, 2017-2019 və 2020-ci ildə "Qarabağ"da oynayıb. 

Qeyd edək ki, komandalar arasındakı oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.