Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2022/2023-cü illər mövsümünün titul sponsoru adına sahib olmaq istəyən şirkətlər AFFA və Peşəkar Futbol Liqasına müraciət edə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, müraciətlər iyulun 29-u saat 15:00-dək hər iki qurumun müvafiq poçt ünvanlarına göndərilməlidir:

info@pfl.az
marketing@affa.az