2022/2023 mövsümünün hazırlıqlarını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışının növbəti mərhələsi üçün Gürcüstana yollanacaq.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün qonşu ölkənin paytaxtı Tbilisiyə yola düşəcək. Qərb təmsilçisi  “Zedazeni” otelində məskunlaşacaq.

İyulun 30-a dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi haqda məlumat verilməyib.