Dünən keçirilən avrokubokların II təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqindəki mövqeyi bəlli olub.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın Bakıda İsveçrə “Sürix”i üzərindəki qələbəsi (3:2) Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb. Ölkəmiz bu mövsüm üzrə xal eytihatını 0,500-ə, son 5 mövsümdə isə analoji göstəricini 13,125-ə çatdırıb. Ancaq bu nəticə mövqeyimizin dəyişməsinə səbəb olmayıb. Azərbaycan əvvəl olduğu kimi 29-cu sırada yer alır.

Qeyd edək ki, 88,855 xalla İngiltərə siyahıya başçılıq edir.