“Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.

Offsideplus.az xəbər verir ki, Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov olub.

Bu qələbə münasibətilə müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev idmançımıza 3 otaqlı mənzil hədiyyə edib.

Daşqın Əziz, Şuşa