17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və "Zenit"in üzvü Nahid Əliyev karyerasını Türkiyədə davam etdirə bilərmiş.

 Offsideplus.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, gənc oyunçunu Super Liqada mübarizə aparan "Qaziantep" transfer etmək istəyib. Hətta hücumçumuzun meneceri və klub arasında danışıqlar olub. Lakin Nahid Rusiyada yaşamaq istədiyi üçün bu təklifdən imtina edib.

Qeyd edək ki, Nahid dünən "Zenit"in əsas komandasına yüksəlib.

Cavid ƏIiyev