Xəbər verdiyimiz kimi, "Turan Tovuz" ötən gün azarkeşlərin önündə doğma arenasında məşqə çıxdı.

 9 ildən sonra Premyer Liqaya qayıdan kollektivin fanatları stadionda güclü atmosfer yaratmışdılar.

Bununla bağlı komandanın yeni transferi Şəhriyar Əliyevin fikirlərini aldıq.

29 yaşlı müdafiəçi Offsideplus.az-a açıqlamasında bunları dedi:

"Həqiqətən də azarkeşlər bizi çox yaxşı qarşıladılar. Sanki onlar futboldan ötrü alışıb yanırmışlar. Tovuzda böyükdən kiçiyə kimi hər kəs futbol haqda məlumatlıdır. Bir sözlə, fanatlar möhtəşəm idi".

Əliyev komandanın yeni mövsümdəki hədəfləri barədə də danışdı: 

"Qarşımıza hər hansı bir hədəfin qoyulduğunu deməzdim. 9 ildən sonra Premyer Liqaya qayıtmış komandanın əsas məqsədi döyüşkən kollektiv yaratmaqdır. İnşallah, həm yerli, həm də legioner futbolçularla əl-ələ verib yaxşı nəticə qazanacağıq".

Cavid Əliyev