Bu gün Azərbaycan kubokunun finalında "Qarabağ" və "Zirə" üz-üzə gələcək.

Qarşılaşma ilə bağlı Ağdam təmsilçisinin sabiq üzvü və hazırda "Səbail"də çıxış edən Əfran İsmayılovun proqnozunu aldıq.

33 yaşlı yarımmüdafiəçi həlledici matçla bağlı Offsideplus.az-a bunları dedi: "Final matçı olduğu üçün şansları eyni qiymətləndirmək olar, amma "Qarabağ"ın heyətində daha təcrübəli futbolçular yer aldığından, üstünlüyü "köhlən atlar"a verirəm. Məncə, kubokun qalibi "Qarabağ" olacaq".

Qeyd edək ki, Qəbələ Şəhər Stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

CAVİD ƏLİYEV