Argentinalı ulduz Dieqo Maradonanın forması satılıb.

 Offsideplus.az xəbər verir ki, mərhum futbolçunun  DÇ-1986-nın 1/4 finalında İngiltərəyə qarşı matçdakı köynəyi 4 milyon funt-sterlinqə satılıb. Bu, futbol formasına xərclənən ən yüksək qiymət olub.

Qeyd edək ki, sözügedən oyunda Maradona əli ilə İngiltərə seçməsinin qapısına qol vurmuşdu. Görüş Argentina yığmasının qələbəsi ilə yekunlaşmışdı - 2:1.

452981